Bugun.tv xəbər verir ki, Google Apple CarPlay üzərində çalışan Google Xəritələr tətbiqinə Gemini süni intellekt dəstəyi əlavə etməyə hazırlaşır. Tətbiqin kodları üzərində aparılan son analizlər göstərir ki, şirkət sürücülər üçün daha ağıllı və tam səsli idarəetmə imkanları üzərində işləyir.
Yeni yeniləmə istifadəyə verildikdən sonra sürücülər telefona toxunmadan birbaşa Gemini süni intellekt köməkçisi ilə ünsiyyət qura biləcəklər. Sistem vasitəsilə səsli əmrlərlə marşrut qurmaq, istiqaməti dəyişmək və müəyyən məkanlar barədə ətraflı məlumat almaq mümkün olacaq.
Məlumata görə, inteqrasiyanın əsas üstünlüklərindən biri sürüş zamanı təhlükəsizliyi artırmaqdır. “Haritalar’a Sor” funksiyasına bənzər imkanlar sayəsində istifadəçilər yol üzərində restoranlar, yanacaqdoldurma məntəqələri və digər məkanlar haqqında tövsiyələr əldə edə biləcəklər.
Qeyd olunur ki, Apple şirkətinin CarPlay sistemində üçüncü tərəf süni intellekt dəstəyini genişləndirməsi bu yarışa yeni təkan verib. Hazırda ChatGPT, Grok və Perplexity kimi platformalar da avtomobil sistemlərinə inteqrasiya uğrunda rəqabət aparır.
Google hələlik funksiyanın rəsmi təqdimat tarixini açıqlamayıb. Lakin kod səviyyəsində hazırlığın tamamlanması yeniliyin yaxın aylarda istifadəyə veriləcəyini göstərir.
Mənbə: TrtHaber
