Baş xəbərSiyasət

Məhəmməd Əsədullazadə: Ermənistanda seçkilərin əsas mövzusu müharibə və sülh məsələsidir

Azərbaycan Ermənistan sülh müqaviləsi, mayda sülh sazişi, Məhəmməd Əsədullazadə, Nikol Paşinyan, Ermənistan Konstitusiyası, Vaşinqtonun təşviqi, sülh prosesi, Konstitusiya

Siyasi ekspert Məhəmməd Əsədullazadə Ermənistanda keçiriləcək seçkilər öncəsi əsas müzakirə mövzusunun Qarabağ məsələsi və müharibə-sülh tezisləri olduğunu bildirib.

Bugun.tv xəbər verir ki, ekspert bu barədə özünün Facebook səhifəsində paylaşım edib.

Məhəmməd Əsədullazadənin sözlərinə görə, xüsusilə Rusiyaya yaxınlığı ilə tanınan Robert KocharyanSamvel Karapetyan seçki kampaniyalarında Qarabağ mövzusunu ön plana çıxarırlar. Onlar Azərbaycanla paraflanmış sülh sazişinə yenidən baxacaqlarını və “itirilmiş torpaqlara” qayıdacaqlarını bəyan edirlər.

Ekspert qeyd edib ki, müxalifətin əsas siyasi gündəmi məhz bu məsələ üzərində qurulub və bu prosesin təhlükəli olduğunu erməni cəmiyyətinin müəyyən hissəsi də anlayır.

Əsədullazadə bildirib ki, Ermənistanda müxalifət revanşist siyasət yürüdür və seçki təbliğatını əsasən Rusiyanın narrativləri üzərində qurur. Onun sözlərinə görə, Robert Koçaryan regionlara səfərlər edərək Rusiyaya bağlılıq və Qarabağa qayıdış ideyasını təbliğ edir.

Ekspertin fikrincə, Ermənistanın baş naziri Nikol Pashinyan isə əksinə, sülh gündəliyini ön plana çıxarır. Paşinyan Qarabağın heç vaxt Ermənistanın tərkib hissəsi olmadığını və bu məsələnin artıq bağlandığını bildirir.

Məhəmməd Əsədullazadə vurğulayıb ki, Ermənistanda seçkilər müharibə və sülh tərəfdarlarının qarşıdurması fonunda keçir və əsas gündəm Qarabağ məsələsidir. O hesab edir ki, erməni xalqı sülhə üstünlük verəcək. Lakin revanşist qüvvələrin hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanın Zəngəzur istiqamətində təhlükəsizlik tədbirlərini və nəzarət mexanizmlərini gücləndirməsinin vacib ola biləcəyini qeyd edib.

Aynur Camal

Oxşar xəbərlər

Üç günlük atəşkəs Rusiyanın Ukraynaya yeni hücum dalğası ilə başa çatdı

Aynur Camal

Artemis 2 astronavtları Ayın əsl rəngi ilə bağlı müzakirələr yaradıb

Aynur Camal

Stress qocalmanı sürətləndirir: Xarici görünüş necə dəyişir?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu