Bugun.tv xəbər verir ki, İngiltərədə görmə qabiliyyətini itirmiş və sürücülük vəsiqəsi olmayan 50 yaşlı Entoni Holl sərxoş vəziyyətdə dostunun avtomobilini icazəsiz götürərək təxminən 240 kilometr yol qət edib.
Anadolu Agentliyinin məlumatına görə, hadisə gecə saatlarında M6 avtomobil yolunda baş verib. Polis avtomobili saxladıqda Holl yolun zolaqları arasında və təhlükəsizlik zolağına doğru hərəkət edirmiş.
Holl polisə təxminən iki il əvvəl görmə qabiliyyətini itirdiyini, lakin bəzi işıqları görə bildiyini deyib. O, avtomobili idarə edərkən qarşısında hərəkət edən yük maşınının işıqlarını izlədiyini bildirib.
Məhkəmənin qərarı ilə Holl 12 ay müddətinə avtomobil idarə etməkdən məhrum edilib. Bundan əlavə, ona 272 funt sterlinq məbləğində cərimə və məhkəmə xərclərinin ödənilməsi barədə qərar verilib.
Hadisə Anadolu Agentliyinin sentyabr ayında dünyanın müxtəlif ölkələrində baş verən qeyri-adi və qəribə hadisələrə həsr etdiyi materialda yer alıb.
Mənbə: Anadolu Agentliyi
