11 C
Baku
29 Aprel 2026, 19:07
Digər

Göyçayda narkomaniyaya aid maarifləndirici tədbir keçirildi

Bugun.tv xəbər verir ki, Göyçay Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 6 saylı tam orta məktəbdə narkotik vasitələrin və psixotrop maddələrin zərərləri ilə bağlı maarifləndirici tədbir keçirilib.

Tədbirdə çıxış edən rayon polis şöbəsinin rəisi, polis polkovniki Müqalib Abdıyev narkomaniyanın insanlara vurduğu zərərlərdən, cəmiyyətdə törətdiyi sosial bəlalardan danışıb, rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirləri barədə məlumat verib.

Daha sonra mövzu ilə əlaqəli məktəblilərin sualları cavablandırılıb və narkomaniyanın fəsadlarını əks etdirən videoçarx nümayiş olunub.

Kəmalə Sultan

Oxşar xəbərlər

Kolumbiya Prezidenti: Kapitalizm dünyanı müharibə və fəlakətə aparır

Aynur Camal

İran: ABŞ-ın “uzunmüddətli təzyiqinə birdəfəlik son qoymaq qərarı verilib

Aynur Camal

Azərbaycan Avropa Parlamenti ilə münasibətləri tam dayandıra bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu