28 C
Baku
21 İyul 2025, 1:41
Baş xəbərKriminal

Göyçayda qətl hadisəsi baş verdi 

53 yaşlı Göyçay rayon sakini Ruslan Süleymanov döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Daha sonra göstərilən tibbi yardımlara baxmayaraq xəstəxanada dünyasını dəyişib. Hadisə ilə bağlı polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bugun.tv – yə verilən məlumata görə, ilkin araşdırma zamanı R.Süleymanovla qonşusu, 35 yaşlı İslam Şıxaliyev arasında şəxsi münasibətlər zəminində dava-dalaş olub. Hadisə zamanı sonuncunun küt alətlə R.Süleymanovun ölümünə səbəb olan xəsarətlər yetirdiyi müəyyən edilib. İ.Şıxaliyev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Daha sonra məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Kəmalə Sultan

Oxşar xəbərlər

Polis maşınına çırpılaraq qaçan qazıntı maşınının sürücüsü həbs edildi

Bugün TV

AFAD-dan Fələstinə yardım kampaniyası

Bugün TV

Sumqayıtda kişi gecəyarısı arvadına xəsarət yetirdi

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu