30 C
Baku
15 Sentyabr 2026, 16:53
Baş xəbərDünya

Göydə gərginlik yüksəldi! Britaniya və Rusiya təyyarələri üz-üzə gəlib

Avropa səmasında gərginlik artıb. Son 48 saat ərzində iki ayrı insidentdə Britaniya Kral Hərbi Hava Qüvvələrinə (RAF) məxsus döyüş təyyarələri təhlükəli şəkildə NATO sərhədlərinə yaxınlaşan Rusiya hərbi təyyarələri ilə qarşılaşmaq üçün havaya qalxıb.

Britaniya mətbuatının məlumatına görə, ilk həyəcan Polşadakı Malbork aviabazasından gəlib. İki RAF Typhoon qırıcı təyyarəsi Baltik dənizi üzərində müşahidə edilən Rusiya kəşfiyyat təyyarəsinin qarşısını almaq üçün havaya qalxıb. Təyyarənin NATO hava məkanına olan təhdidinin qarşısı reaktivlərin sürətli reaksiyası ilə alınıb.

Hadisədən cəmi 48 saat sonra başqa bir pozuntu cəhdi baş verdi. Kalininqrad vilayətindən naməlum təyyarə NATO hava məkanına yaxınlaşdıqdan sonra daha bir cüt Tayfun Polşa səmasına yönəldilib.

İngilis reaktivlərinin bu müdaxilələri NATO-nun Avropanın hava hücumundan müdafiəsini gücləndirmək üçün başlatdığı yeni missiyası “Şahmat əməliyyatı” çərçivəsində reallaşıb. Bu əməliyyat İngiltərənin alyansa sadiqliyini və Avropa səmasında müdafiə qabiliyyətini nümayiş etdirdi.

Böyük Britaniyanın Silahlı Qüvvələr naziri Lyuk Pollard gərginlikdən sonra verdiyi açıqlamada Rusiyanın getdikcə aqressiv rəftarına diqqət çəkib. “Böyük Britaniya NATO üzrə müttəfiqlərimizi müdafiə etməkdə qərarlıdır. Təhdidlər artdıqca, bizim çəkindirmə güclərimiz səngiməyəcək”, – deyə Pollard bildirib.

Nazir vurğulayıb ki, bu missiya həm də NATO-nun yeni üzvü İsveçlə birlikdə müdafiə qabiliyyətinin sınaqdan keçirilməsi və gücləndirilməsi istiqamətində mühüm addımdır.

İsveç Hərbi Hava Qüvvələri ilə birgə müdafiə üçün üç həftə əvvəl Polşaya göndərilmiş altı qırıcıdan ibarət eskadronu 200-ə yaxın Britaniya əsgəri müşayiət edir. Missiyadan əvvəl kapitan Kristofer Yakob da bu bölmələrin istənilən təhlükə ilə üzləşməyə hazır olduğunu bildirmişdi.

Britaniya təyyarələrinin müdaxiləsi qlobal siyasətin gərgin olduğu bir vaxta təsadüf etdi. Məlumatlara görə, bu hadisələrin baş verdiyi günlərdə ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinə səbrinin tükəndiyini bildirib və Ukrayna sülh danışıqlarından çəkilməklə hədələyib.

Mənbə: Ahaber

Aynur Camal

Oxşar xəbərlər

Vüqar Bayramov: Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə məskunlaşma sürətlə davam edir

Aynur Camal

Məhəmməd Əsədullazadə: “Suriyadakı etirazların arxasında müəyyən mərkəzlərin olması istisna deyil”

Aynur Camal

NATO təyyarələri Litva hava məkanına daxil olan dronu vurdu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu