15 C
Baku
29 Mart 2024, 15:33
Baş xəbərMədəniyyət

Gözəl ənənələri ləyaqətlə davam etdirən “Mədəniyyət/Culture” jurnalı

Bakı Ekspo Mərkəzində VIII Beynəlxalq Kitab Sərgisi çərçivəsində Əməkdar mədəniyyət işçisi, filologiya üzrə fəlsəfə doktoru Zöhrə Əliyevanın baş redaktorluğu ilə nəşr olunan “Mədəniyyət/Culture” jurnalının fəaliyyətə başlamasının 55 illiyi qeyd olunub.

Bugün.tv-nin məlumatına görə, nəşrin slayd-şou ilə təqdimatını nümayiş etdirən Zöhrə Əliyeva “Mədəniyyət/Culture” jurnalının kontentində başlıca mövzulardan birinin də “Vahid türk dünyası” və onun inkişafda olan mədəniyyəti mövzusu olduğunu deyib: “Kitab sərgilərimiz hər zaman belə möhtəşəm keçirilir və bu çox gözəl bir təşəbbüsdür. Biz Azərbaycanda fəaliyyət göstərən bütün sənət və mədəniyyət ocaqları ilə, müqtədir müəlliflərlə əməkdaşlıq edirik.

 “Humay” mükafatına layiq görülən, mütəmadi olaraq Azərbaycan, Özbək, Türk ədəbi əlaqələri və s. mövzularda məqalələr yerləşdirilən  “Mədəniyyət/Culture” jurnalı əvvəllər müxtəlif adlarla çap olunsa da eyni jurnalın mənəvi varisidir və biz gözəl ənənələri ləyaqətlə davam etdirərək bu gün onun 55 illiyini qeyd edirik”.

Tədbirdə müxtəlif əməkdar mədəniyyət xadimləri,  jurnalist və professorların çıxışından sonra filologiya üzrə fəlsəfə doktoru, şair Akif Azal müəllifi olduğu “Xarıbülbül” şeirini səsləndirib.

Sonda jurnalın baş redaktoru Zöhrə Əliyeva Mədəniyyət Nazirliyinə və iştirakçılara, qonaqlara təşəkkürünü bildirib.

 “Mədəniyyət/Culture” jurnalı 

Aynur Camal

Oxşar xəbərlər

5 mərtəbəli binada yanğın oldu

Bugün TV

Vəsiqəsi, nömrə nişanı və dəbilqəsiz tutuldu, “görmə nə olacaq” dedi

Teymur Əziz

ABŞ Ukraynaya F-16 qırıcılarının verilməsini dəstəkləyib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu