27 C
Baku
27 İyul 2024, 3:44
Dünya

Günəş səthində partlayış: Şiddətli geomaqnit qasırğası gözlənilir

ABŞ Milli Okean və Atmosfer İdarəsi (NOAA) tərəfindən edilən açıqlamada, Günəşin səthində baş verən partlayışlar səbəbiylə 2005-ci ildən bu yana ilk dəfə bu intensivlikdə “Geomaqnit Fırtına”nın yaşana biləcəyi bildirildi.

NOAA və ABŞ Kosmik Hava Proqnozu Mərkəzinin bəyanatlarında deyilir: “Güclü (G4) geomaqnit qasırğası günün gec saatlarında baş verəcək və həftə sonu davam edəcək”.

Açıqlamada, təsirlərinin şimal yarımkürəsində görülməsi gözlənilən geomaqnit qasırğasının dəqiq zamanının hələ də bəlli olmadığı, fırtınanın bu gündən etibarən başlaya biləcəyi və “peyk rabitəsinə təsir edə biləcəyi” ifadə edildi.

Sözügedən fırtına nəticəsində yaranan qütb işıqlarının ABŞ-ın Alabama və Şimali Kaliforniya ştatlarında müşahidə oluna biləcəyini ifadə edən elm adamları, 2005-ci ildə Günəş səthində meydana gələn şiddətli geomaqnit qasırğasını xatırladaraq, bunların nadir olduğunu vurğuladılar.

Günəşdə partlayışlar nəticəsində yaranan geomaqnit qasırğasının mənbəyinin “3664-cü sahə” adlanan “böyük, mürəkkəb günəş ləkələri klasteri” olduğu və yerin 16 qatı böyük ərazini əhatə etdiyi müəyyən edilib.

NOAA-nın açıqlamasında, Yerə yaxınlaşan fırtınanın mümkün təsirlərinə diqqət çəkilərək, orbitdəki peyklərdə “geniş gərginlik nəzarəti problemləri yarana bilər” və “sürtünmə, izləmə və oriyentasiya problemləri”nin meydana gələ biləcəyi qeyd edilib.

Qeyd edilib ki, sözügedən fırtına səbəbindən peyk naviqasiya sistemlərində və radioqəbuledici tezliklərdə nasazlıqlar ola bilər, saatlarla davam edə biləcək fasilələr və ya bəzi oxşar qurğular ümumiyyətlə işləməyə bilər.

Mənbə: Ntv.Tr

Teymur Əziz

Oxşar xəbərlər

Qəzzada İsrail ordusunun daha üç əsgəri həlak oldu

Aynur Camal

Putin tələb etdi, Rusiya Parlamenti bunu təsdiqlədi! Mixail Mişustin yeni baş nazir oldu

Aynur Camal

“Milan” yenə büdrədi, “İnter” qalib gəldi

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu