Dünya

Gürcüstandan tarixi qərar: LGBT təbliğatı qadağan olunacaq

Gürcüstan parlamenti eynicinsli münasibətlərin təbliğatını və cinsiyyətin dəyişdirilməsi əməliyyatlarını qadağan edən hərtərəfli qanun layihəsini təsdiqləyib.

Bu gün Gürcüstan parlamentində “homoseksual münasibətlərin təbliği” və “cinslərin dəyişdirilməsi əməliyyatları”na qadağa da daxil olmaqla, hərtərəfli məhdudiyyətləri ehtiva edən bir sıra qanun layihələri səsə qoyulub.

Hakim Gürcü Arzusu Partiyasının təklif etdiyi və LGBT bayrağının ictimai yerlərdə nümayişini də qadağan edən qanun layihələri deputatların əksəriyyəti tərəfindən bəyənilib.

Qanun layihələrinə görə, homoseksuallar uşaqları övladlığa götürə bilməyəcək və şəxsiyyətini təsdiq edən sənədlərdə cinsiyyətini dəyişdirə bilməyəcəklər.

Eynicinsli nikahları təbliğ edən ictimai mitinqlər və yürüşlər kimi müxtəlif toplantılar qadağan ediləcək.

Təhsil sistemində “LGBT təbliğatına” icazə verilməyəcək və yayımçılara eynicinsli münasibətləri əks etdirən intim səhnələri göstərmək qadağan ediləcək. Qanun layihələrinin qanuna çevrilməsi üçün daha 2 oxunuşdan keçmək lazımdır.

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili açıqlamasında bildirib ki, oktyabrın 26-da keçirilməsi planlaşdırılan ümumi seçkilərə az qalmış qanun layihələrinin ikinci və üçüncü oxunuşlarına səs verəcəklər.

Papuaşvili deyib ki, qanun layihələri ənənəvi münasibətləri dəyişdirən LGBT təbliğatına nəzarət etmək üçün lazımdır.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

İran ABŞ-a xəbərdarlıq etdi: İsrailin Livanın cənubundakı hücumu geniş müharibəyə səbəb ola bilər

Aynur Camal

Putin: Ukrayna ilə sülh razılaşmasına nail olmaq üçün şans var

Aynur Camal

İsveçrədə qoyun yunundan istifadə etməklə buzlaqların əriməsinin qarşısını almağa çalışırlar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu