Bugun.Tv xəbər verir ki, Avstraliyanın Brisben şəhərində bir cütlük evlərinin hamamında güzgüyə baxan tovuz quşu ilə qarşılaşıb. Quşun evə daxil olması və güzgüdə öz əksinə maraq göstərməsi qeyri-adi hadisəyə çevrilib.
“The Guardian”ın məlumatına görə, Geoff və Delwyn Ballantyne axşam qəhvə içmək üçün evdən çıxıblar. Geri qayıdanda isə hamamda tamamilə yad bir “qonaq” görüblər. Ev sahibləri əvvəlcə nə baş verdiyini anlamayıblar, daha sonra quşun tovuz olduğunu görüblər.
Cütlük quşu güzgüdən uzaqlaşdırmağa çalışıb, ona su və yemək təklif edib. Ancaq tovuzun diqqəti güzgüdəki əksindən yayınmayıb. Sonda heyvanı xilasetmə əməkdaşları tutaraq yaxınlıqdakı təbiət ərazisinə buraxıblar.
Sonradan məlum olub ki, quş Hex adlı evcil tovuzdur və onu axtaran sahibi, döymə ustası Elliot Ross ilə əlaqəsi var. Quşun güzgüyə marağı onun yenidən tutulmasına kömək edə biləcəyi düşünülür.
Mənbə: The Guardian
