Digər

Həkim immuniteti gücləndirməyin yollarını açıqlayıb

Həkim-terapevt Anna Abramenkova bildirib ki, immuniteti “gücləndirmək” üçün ən vacib amillər düzgün yuxu, balanslı qidalanma və fiziki aktivlikdir.

Onun sözlərinə görə, immun sistemi çox mürəkkəb mexanizmdir və ona kobud müdaxilə gözlənilməz nəticələrə səbəb ola bilər. Lakin orqanizmin düzgün işləməsinə kömək etmək mümkündür.

Həkim qeyd edib ki, ilk növbədə yuxu rejiminə diqqət yetirilməlidir. Yuxu zamanı orqanizmdə bir çox proseslər yenilənir və bu, bədənin “yenidən yüklənməsi” üçün vacibdir. Yuxu çatışmazlığı isə bütün sistemlərin fəaliyyətini zəiflədir. Bu səbəbdən gündə ən azı 8 saat yatmaq və rejimə əməl etmək tövsiyə olunur.

İkinci vacib məqam düzgün qidalanmadır. Qida rasionunda zülal, lif, vitamin və mineralların çatışmazlığı immun sisteminin zəifləməsinə səbəb ola bilər. Bu baxımdan qidalanma balanslı və müxtəlif olmalıdır.

Mütəxəssis həmçinin müəyyən aralıqlarla qan analizləri verməyi məsləhət görür. Bu analizlər vasitəsilə orqanizmdə vitamin və mikroelement çatışmazlıqları müəyyən edilə və həkim nəzarəti ilə aradan qaldırıla bilər.

Bundan əlavə, qaçış, üzgüçülük, gəzinti və velosiped sürmə kimi aerob fiziki fəaliyyətlər stressi azaldır, dözümlülüyü artırır və qan dövranını yaxşılaşdırır. Bu isə immun sisteminin daha effektiv işləməsinə kömək edir.

Sonda həkim bildirib ki, ildə 2–3 dəfə yüngül formada kəskin respirator virus infeksiyası keçirmək normaldır və bu, immun sistemi üçün bir növ “təlim” hesab olunur.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Spotify süni intellekt məzmununu ayırmaq üçün “təsdiq işarəsi” tətbiq edir

Aynur Camal

Banksy Londonda gecə yarısı gizli əməliyyatla heykəl ucaltdı

Aynur Camal

SpaceX Falcon 9 raketinin üst mərhələsi Ay səthinə çırpılacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu