21 C
Baku
8 Oktyabr 2024, 3:14
Baş xəbərMüsahibəSiyasət

Hərbi ekspertlər cəbhədə baş verənlərə aydınlıq gəirdi

Ermənistan silahlı qüvvələrinin yaratdığı təxribatla bağlı Azərbaycan hərbi ekspertləri Bugün.tv.də aydılıq gətirdi.

Hərbi ekspert İbrahim Rüstəmli

“Bildiyimiz kimi, məlum ikitərəfli razılaşma imzalanandan sonra Ermənistan tərəfi bu maddələri pozur və təxribatlar törədir. Bununla bağlı bizdə antiterror əməliyyatlara start verilib. İndicə, bu gün səhərdən Qətiyyəti cavab əməliyyatları başa çatıb. Rəsmi informasiya mənbələrindən əldə etdiyimiz məlumata görə Ermənistanın ümumi itkiləri 150-200 nəfər təşkil edir, 100-lərlə yaralı var. 2 S 300 hava hücumundan müdafiə sistemi məhv edilib, onların dəyəri yarım milyondan çoxdur.

Təbii ki, Azərbaycan başqalarının dövlət ərazisini işğal etmək fikrində deyil, heç vaxt da olmayıb.

Bu Qətiyyətli cavab əməliyyatı zamanı itkilərimiz oldu. Allah şəhidlərimizə rəhmət etsin. Mən onların yaxınlarına başsağlığı verirəm və səbr arzulayıram. Ancaq onların qanı yerdə qalmadı. Təəssüf ki əldə olunan razılaşmalara baxmayaraq Ermənistan tərəfindən atəşlər, təxribatlar davam edir.

Ordumuz, Qətiyyəti cavab atəşi zamanı hərbi qulluqçularımız yüksək peşəkarlıq, dəqiqlik əldə ediblər və eyni zamanda qarşı tərəfin bu ərazidə yerləşən hərbi infrastrukturu və arsenalında olan yüksək dəqiqlik silahları darmadağın edildi. Və Ermənistana bunu bərpa etmək üçün illər lazım olacaq.

Rəsmi məlumatlara görə bu gün səhər saat 9-da ikitərəfli atəşkəs əldə edildi. Əlbəttə Ermənistan bu razılaşmaya da necə riayət edəcəyini heç kəs öncədən proqnozlaşdıra bilmir. Çünki, bilirik ki, keçmiş də əldə olunan sülh razılaşmaları düşmən tərəfindən dəfələrlə pozulub. Bu fondda ermənilərə etibar etməməliyik.

Mən belə düşünürəm ki, Azərbaycan Ordusu həmişə ehtimal olunan təxribatların qarşısını almağa hazır olmalıdır və inanıram ki, olacaq da. Təbii ki, Azərbaycan bu məsələdə dövləti və milli maraqlarından çıxış edən bir dövlət kimi eyni zamanda beynəlxalq hüquqların norma və tələblərinə riayət edən ölkə kimi öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək.

Azərbaycan dövləti və millətinin milli maraqlarına xələl gətirən bütün əməllərin qarşısı qətiyyətlə alınacaq”.

Hərbi ekspert Ramil Məmmədli

“Əlbəttə bu mövzuda daha çox Ermənistanın niyyəti münaqişənin həlli ilə bağlı formatı dəyişmək, sülh müqaviləsinin imzalanmasına mane olmaq və qərbin bu proses də iştirakına nail olmaqdır. Yəni Atətin minsk qrupunun prosesə cəlb olunması, dövlət sərhədində müəyyən qədər üstünlük əldə etmək, Kəlbəcər də strateji mövqeləri ələ keçirmək kimi məqamlar bu məsələdə Ermənistanın əsas niyyətləridir.

Düşünürəm ki, bu təxribatlardan məqsədləri Qarabağa ermənilərin diqqətini cəlb etməkdir. Ermənistan Qərbin bəzi dövlət dairələrinin dəstəyinə söykənsədə, hazırkı vəziyyət, Azərbaycanın regionda tutduğu siyasi mövqeyi və strateji mövqeləri onları istəklərinə çata bilməyə qoymayacaq və hər zaman olduğu kimi, ciddi itkilər ilə geri qayıdacaqlar”.

Hərbi ekspert Elxan Şıxəliyev

“Öncəki illərdə necə ki, Azərbaycanın istəkləri yerinə yetirilmədi, Qarabağ məsələləri 30 il danışıqlar yolu ilə uzadıldı və sonda ordumuzun,  Ali Baş Komandanımızın rəhbərliyi ilə alındı bu gün də, sülh müqaviləsinə, razılaşmalara baxmayaraq eyni siyasətin davamı gedir. Biz əslində açıq və net bilməliyik ki, bu sülh sazişi Ermənistana lazımdır. Nədən Ermənistana lazımdır? Çünki,  gördüyümüz kimi sülh sazişinə əməl olunmadığı təqdirdə 3 avqust “Qisas əməliyyatında Qarabağın bütün strateji yüksəklikləri əlimizə geri aldıq. İndiki halda döyüş sərhədlərimiz bizə harada yerləşmək uyğun olacaqsa oradan keçəcək. Belə vəziyyətdə həmişə uduzan, itirən erməni tərəfi olacaq. Onların iqtisadiyyatı, silahlı qüvvələri nə halda olduğunu bilirik. Ermənistan dövlətinin siyasi iradəsinin olmaması onların siyasi alətə çevrilməsinə şəraiti yaradır, səbəb olur. ABŞ, Fransa bir istiqamətə,  Rusiya, İran digər başqa bir istiqamətə yönəldir. Ona görə də Ermənistan doğru bir yolu-həmsərhəd olduğu dövlətin sülh yolunu tumağı qərar verə bilmir və bununda ağır nəticəsini yaşayır”.

Aynur Camal

Oxşar xəbərlər

Meyvə ağaclarının altından çətənə kolu aşkarlandı

Kəmalə Sultan

Eurovision təmsilçisi səhnədə yıxıldı.

Şükufə Ramizqızı

İranlı şahmatçı ikici yerlə qənaətləndiyini bildirib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu