25 C
Baku
27 İyul 2024, 4:19
Dünya

Hərbi məntəqələrə havadan hücum etdilər

İsrailin Suriyanın Homs əyalətindəki bəzi hərbi məntəqələrə hava hücumu təşkil etdiyi iddia edilib. İsrail 2011-ci ildə vətəndaş müharibəsi başlayandan bəri Suriyada İranın dəstəklədiyi qruplaşmalara və Suriya ordusuna məxsus hərbi məntəqələrə vaxtaşırı hücumlar təşkil edir.

Suriya administrasiyasına yaxın sosial media hesabları İsrail təyyarələrinin Livan sərhədinə yaxın Homsun Qusayr rayonunda bəzi hərbi məntəqələri hədəf aldığını iddia edib. Bəşər Əsəd rejimi ordusunun sıralarında olan Hizbullah üzvlərinin Quseyrdə sıx şəkildə olduğu məlumdur.

İsrail və Suriya rəhbərliyi hələlik hücumla bağlı açıqlama verməyib. İsrail 2011-ci ildə vətəndaş müharibəsi başlayandan bəri Suriyada İranın dəstəklədiyi qruplaşmalara və Suriya ordusuna məxsus hərbi məntəqələrə vaxtaşırı hücumlar təşkil edir.

Mənbə: Ntv.Tr

Aynur Camal

Oxşar xəbərlər

Rusiya Müdafiə Nazirliyi Kiyevin mülki hədəflərə zərbə endirilməsi ilə bağlı dediklərini təkzib etdi

Kəmalə Sultan

Narıncı xəbərdarlıq oldu: 33 bölgədə güclü tufan və yağış riski var

Bugün TV

Britaniya kral ailəsinin internet saytı kiberhücuma məruz qaldı

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu