Dünya

Həmas evdə gizlənən İsrail əsgərlərini vurdu: Ölənlər və yaralılar var!

Qəssam Briqadaları Şucaiyedə hədəf alınan İsrail əsgərləri arasında ölən və yaralananların olduğunu bildirib. Açıqlamada həmçinin bölgədə İsrail ordusuna aid bir tank və 4 personal daşıyıcısının raketlə vurulduğu bildirilib.

HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları Qəzza zolağının şimalında bir evdə sığınan 14 İsrail əsgərini hədəf aldığını bildirib. Qəssam Briqadaları tərəfindən verilən yazılı açıqlamada qurudan Qəzza zolağına girən İsrail ordusuna qarşı həyata keçirdikləri hərəkətlər barədə məlumat paylaşılıb.

Açıqlamada Qəzza şəhərinin Əl-Şücaiyə bölgəsində 2 İsrail əsgərinin sıfır məsafədən zərərsizləşdirildiyi, bu 2 əsgərin şəhid olduğu aksiyanın Qüds Seriyyesi tərəfindən həyata keçirildiyi qeyd edilib. “Qəssam mücahidləri TBG raketi ilə Şucaiye rayonunda bir evdə gizlənmiş 14 sionist əsgəri hədəfə alıblar. Vurulan əsgərlər həlak olub və yaralanıblar”. Açıqlamada eyni məhəllədə İsrail ordusundan başqa bir qrupla qarşıdurma olduğu və əsgərlərin itki verdiyi qeyd edilib.

Açıqlamada həmçinin bölgədə İsrail ordusuna aid bir tank və 4 personal daşıyıcısının raketlə vurulduğu bildirilib. Qəzza zolağının cənubundakı Rəfah şəhərində İsrail ordusuna aid 2 tankın raketlə vurulduğu paylaşılan açıqlamada yaralıları daşımaq üçün tankların vurulduğu bölgədən vertolyotun endiyi qeyd edilib.

Məsələ ilə bağlı İsrail ordusundan hələlik heç bir açıqlama verilməyib.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağında həyata keçirdiyi hücumlarda ən az 15 min 694-ü uşaq, 10 min 279-u qadın olmaqla 37 min 925 fələstinli ölüb, 87 min 141 nəfər yaralanıb. Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir. Digər tərəfdən, İsrailin Qəzza zolağının cənubundakı Xan Yunis şəhərinin şərqində minlərlə insanı “bölgəni boşaltmağa” çağırmasından sonra bölgədə yaşayan fələstinlilər təhlükəsiz hesab etdikləri bölgələrə köç edərək, öz əlləri ilə qaçıblar.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Tramp 11 sentyabrın 25-ci ildönümündə: “Heç vaxt, amma heç vaxt unutmayacağıq”

Aynur Camal

Alimlər zamanın özündə çox kiçik qeyri-müəyyənlik ola biləcəyini irəli sürüblər

Aynur Camal

Qəzza ilə bağlı İsrail sənədli filmi Venesiya festivalında 25 dəqiqə alqışlandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu