7 C
Baku
9 Fevral 2026, 14:09
Dünya

Hər gün sup içmək vacibdirmi? Qastroenteroloq açıqladı

Xörək, kasa, kuliminasiya

Bugun.tv xəbər verir ki, supun hər gün qəbul edilməsinin vacibliyi ilə bağlı geniş yayılmış fikir əslində tam doğru deyil.

Bu barədə “SM-Klinika”nın qastroenteroloqu Aksana Taşmatova “Zdorovye Mail”ə açıqlamasında danışıb.

Həkimin sözlərinə görə, sup bir çox dünya mətbəxində ənənəvi yemək hesab olunur və xüsusilə uşaqlar, yaşlılar, eləcə də mədə-bağırsaq sistemi xəstəlikləri olan insanlar üçün daha uyğun qida sayılır. Soyuq havalarda krem-suplar və pürelər, isti günlərdə isə okroşka və çuğundur şorbası kimi yüngül sup növləri həm orqanizmi rahatlaşdırır, həm də liflə zəngin olur.

Mütəxəssis bildirib ki, sağlam qidalanma baxımından yeməyə yüngül qidalarla – salat, qəlyanaltı və sup ilə başlamaq daha doğrudur. Çünki bu qidalar mədə-bağırsaq sistemini ağır yeməklər qədər yükləmir.

Qastroenteroloq əlavə edib ki, düzgün hazırlanmış sup zülal, yağ və karbohidrat balansı ilə yanaşı vitamin və minerallarla da zəngin ola bilər. Lakin bişirmə prosesi zamanı faydalı maddələrin bir hissəsi məhv olur.

Həkim vurğulayıb ki, “gündə ən az bir dəfə mütləq sup içmək lazımdır” fikri daha çox mifdir. Supun gündəlik qidalanmada olub-olmaması əsasən insanın qida vərdişləri, dad seçimi və bişirmə üsulundan asılıdır.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Kim Çen In Kursk vilayətində döyüşən Şimali Koreya hərbçilərini təbrik etdi

Aynur Camal

İran: ABŞ-ın vurduğu nüvə obyektlərində partlamamış bombalar var

Aynur Camal

Casusluq qalmaqalı: NATO-nun gizli məlumatlarını Çinə ötürən polkovnik saxlanıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu