beyin fəaliyyəti, nəfəsalma, alimlər, elm, sağlamlıq, yaddaş, diqqət, beyin tədqiqatı
Səhiyyə

Hər nəfəs beynin fəaliyyətinə təsir edir — alimlər yeni əlaqə aşkar edib

Bugun.tv xəbər verir ki, alimlər nəfəsalma ilə beynin fəaliyyəti arasında əvvəllər düşünüldüyündən daha güclü əlaqə olduğunu müəyyən ediblər.

Наука Mail-in 1 sentyabr tarixli məlumatına görə, araşdırma zamanı beynin yalnız insanın nə qədər tez-tez nəfəs almasına deyil, hər nəfəsin ritminə və hava axınının necə dəyişməsinə də reaksiya verdiyi müəyyənləşdirilib.

Alimlər nəfəsalma zamanı yaranan hava axınını və beynin elektrik aktivliyini müqayisə ediblər. Məlum olub ki, nəfəsalma ritmindəki dəyişikliklərlə beyindəki elektrik aktivliyi arasında uyğunluq var.

Tədqiqatçılar hesab edirlər ki, bu nəticələr nəfəsalmanın beynin işində mühüm rol oynadığını göstərir. Bu əlaqənin gələcəkdə yaddaş, diqqət və digər beyin funksiyalarının daha yaxşı öyrənilməsinə kömək edə biləcəyi düşünülür.

Alimlərin fikrincə, insanın nəfəs alması yalnız orqanizmi oksigenlə təmin edən proses deyil, həm də beynin fəaliyyətinə təsir göstərən mühüm mexanizmlərdən biri ola bilər.

Mənbə: Mail.ru

Aynur Camal

Oxşar xəbərlər

“Novartis” üç ölüm hadisəsindən sonra sınaqları dayandırdı

Aynur Camal

Həkim yaxşı və pis karbohidratları necə ayırd etməyi izah etdi

Aynur Camal

Daha tez yuxuya getməyə kömək edən içkilərin adları açıqlandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu