14 C
Baku
16 Aprel 2026, 20:04
Baş xəbər

Hərbi Qənimətlər Parkına mediatur təşkil edilib

15 İyun – Milli Qurtuluş Günündə Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Hərbi Qənimətlər Parkına mediatur təşkil edilib.

Media nümayəndələri Xocalı rayonunda aşkar edilən Ermənistan silahlı qüvvələrinə məxsus “2K11 Kruq” zenit-raket kompleksi ilə tanış olublar.

Hərbi ekspertlər qeyd olunan hava hücumundan müdafiə (HHM) sisteminin təyinatı, taktiki-texniki xüsusiyyətləri, eləcə də Vətən müharibəsindən öncə Ermənistan silahlı qüvvələri tərəfindən hansı məqsədlərlə istifadə olunması barədə ətraflı məlumat veriblər.

Qeyd edək ki, Xocalı rayonunda aşkar edilmiş istismara yararlı “2K11 Kruq” zenit-raket kompleksinin tərkibinə daxil olan “1S32” raket tuşlama stansiyası və iki ədəd “2P24” buraxıcı qurğusu ərazidən müsadirə edilərək Bakı şəhərinə gətirilib və “Hərbi Qənimətlər Parkı”nda yerləşdirilib.

Aynur Camal

Oxşar xəbərlər

İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

Aynur Camal

Qahirə Universitetində Azərbaycan dilində şeir səsləndirildi – misirli tələbələrdən təsirli çıxış

Aynur Camal

Bu gecə Bakı Pakistan Gününü işıqlandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu