12 C
Baku
25 Aprel 2025, 5:12
Baş xəbərMaraqlı faktlar

Hamımızın unutmadığı yarımçıq qalan işlər

Bəs yarım qalan işlərin niyə yaddaşımızda möhür kimi həkk olunduğunu düşünmüsünüz? Bugun.tv bununla bağlı maraqlı araşdırma edib.Yarımçıq qalmış, tamamlanmamış işlərin, hadisələrin tamamlanmış işlərə nəzərən daha aydın və asanlıqla xatırlanması “Zeigarnik” effekti adlanır. Bu psixoliji fenomenin isə olduqca maraqlı tarixçəsi var.

İlk dəfə rus psixiatrı və psixoloq Bluma Zeigarnik tərəfindən müəyyən edilən bu psixoloji halın ilham mənbəyi ofisiantlar olub. Belə ki, 1925-ci ildə B.Zeigarnik və psixoloq dostları restoranda olarkən, diqqətlərini restorandakı ofisiant çəkir. Ofisiant təkdir və sifarişləri heç yerə qeyd etmədən müştərilərə çatdırır. Daha sonra, psixoloqlar ofisiantdan bunu necə etdiyini soruşurlar. Ofisiant isə sifarişləri yaddaşında saxlayıb, yeməkləri çatdırdıqdan sonra isə ağlından sildiyini deyir və psixoloqlar bitirilməmiş, sona çatdırılmamış işlərin zehni məşğul etdiyini görürlər.

Bunun üzərinə B.Zeigarnik 1927-ci ildə bir tədqiqat aparır. Bir qrup insana laboratoriyada kiçik tapşırıqlar verilir və tapşırıqları yerinə yetirmələri istənilir. İnsanlar bu tapşırıqları yerinə yetirərkən başqaları araya girərək ,  tapşırıqların yarımçıq qalmasına səbəb olur. Vaxt tamam olduqda, tədqiq olunanlara tapşırıqlarla bağlı sual verilir və müşahidə olunur ki, yarımçıq qalan tapşırıqları tamamlananlara nisbətən, 2 qat daha yaxşı xatırlayırlar.

Xülasə, yarım qalan işlər bizə Zeigarnik effekti olaraq və ya «kaş ki» şəklində, başqa cür desək, “yarım qalmışlıq hissi” olaraq geri dönür.

Oxşar xəbərlər

Çində 49 avtomobil toqquşub, azı 16 nəfər ölüb

Aynur Camal

Gözün aydın olsun şəhid qardaşım!

Aynur Camal

Tanınmış jurnalistə dövlət qurumunda vəzifə verildi  

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu