Dünya

Hava limanının damı uçub: Çoxlu sayda ölü və yaralı var

Hindistanda dəhşətli qəza!

Hindistanın paytaxtı Yeni Dehlinin İndira Qandi (Dehli) Beynəlxalq Hava Limanında leysan yağışlar nəticəsində 1 saylı Terminalın damının uçması nəticəsində çoxlu sayda ölən və yaralananların olduğu bildirilib. Bir çox reyslər ləğv edilib.

Hindistanın paytaxtı Yeni Dehlidə güclü yağış və tufan həyatı iflic edib. Paytaxt küçələri su altında qalarkən, İndira Qandi (Dehli) Beynəlxalq Hava Limanında daxili reyslərin həyata keçirildiyi Terminal 1-in damı avtomobillərin üzərinə uçub. Ən azı 4 avtomobilə ziyan dəysə də, 1 nəfər ölüb, 8 nəfər yaralanıb.

Hindistanın Mülki Aviasiya naziri Kinjarapu Rammohan Naidu verdiyi açıqlamada uçuşların yerli vaxtla saat 14:00-a qədər dayandırıldığını bildirib. Nazir Naidu ölkənin ən işlək hava limanındakı bütün terminalın boşaldıldığını və hadisə ilə bağlı araşdırma başlandığını bildirib.

Dehli Xilasetmə Xidmətinin rəisi Atul Qarq yaralıların xəstəxanaya aparıldığını və xilasetmə əməliyyatının tamamlandığını bildirib. Flightradar24 uçuş izləmə platformasının məlumatlarına görə, ən azı 10 reys ləğv edilib, 40 reys gecikib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

İran ABŞ-a xəbərdarlıq etdi: İsrailin Livanın cənubundakı hücumu geniş müharibəyə səbəb ola bilər

Aynur Camal

Putin: Ukrayna ilə sülh razılaşmasına nail olmaq üçün şans var

Aynur Camal

İsveçrədə qoyun yunundan istifadə etməklə buzlaqların əriməsinin qarşısını almağa çalışırlar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu