Baş xəbərMədəniyyət

“Hava muhalefeti” kinokomediyası “CinemaPlus”da!

Bugun.tv xəbər verir ki, sabahdan etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində Türkiyənin “Hava muhalefeti” kinokomediyasının nümayişi başlayır.

Eray Akyamaner və Uğur Güvercinin ssenarisi əsasında çəkilən filmi rejissor Murat Kepez ekranlaşdırıb.

Baş rolları Ali Sunal, Doğa Rutkay, Ege Kökenli və Burak Hakkı oynayır.

Filmin süjetinə gəlincə, millət vəkilliyinə namizəd olan Cemil Yıldırım sevgilisi Gözde ilə həftəsonu tətili planlayır.

Ancaq Bodruma uçan təyyarəyə mindikləri andan etibarən, sadə həftəsonu tətili böyük və əyləncəli səyahətə çevrilir. Həm Cemil və Gözde, həm də təyyarədəki digər sərnişinlər onları gözləyən sürprizdən xəbərsizdirlər…

Aynur Camal

Oxşar xəbərlər

Vüqar Bayramov: Zəngəzur dəhlizinin açılması Naxçıvana yeni iqtisadi imkanlar yaradacaq

Aynur Camal

Razi Nurullayev: Sülhün möhkəmləndirilməsi üçün cəmiyyətlər arasında etimad artırılmalıdır

Aynur Camal

Rusiya və Ukrayna danışıqlar masasına oturur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu