Baş xəbər

Hava şəraiti ilə əlaqədar Xəzər dənizindəki gəmilərə xəbərdarlıq edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün günün ikinci yarısından başlayaraq fevralın 10-u gündüzədək Xəzər dənizi akvatoriyasında şimal-qərb-şimal küləyinin sürətinin 18-23 ms, arabir 25-28 ms-dək güclənəcəyi gözlənilir. Proqnoza əsasən, külək fevralın 8-i gündüzdən 9-u gündüzədək açıq dənizdə arabir 30-35 ms qədər güclənəcək. Dalğanın hündürlüyünün 3-5 metr, sonrakı inkişafda 6-8 metr olacağı bildirilir.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) Bugun.tv-yə verilən məlumata görə, ASCO gözlənilən küləkli hava şəraiti ilə əlaqədar Xəzərdə üzən bütün gəmilərinə xəbərdarlıq göndərib.

Xəbərdarlıqda bildirilib ki, gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirləri görülsün, gəmilərin qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlara getməsi təmin olunsun. Həmçinin qeyd edilib ki, səfərə çıxacaq və dənizdə hərəkətdə olan gəmilər gözlənilən hava şəraitini nəzərə alaraq sığınacaqlara getmələrini qabaqcadan planlaşdırsınlar.

Bundan başqa, gəmi kapitanlarına külək gözlənilən tarixlərdə limanlarda və lövbərlərdə dayanan gəmilərin təhlükəsiz dayanmalarını təmin etməkləri tapşırılıb.

Nigar Məmmədova

Oxşar xəbərlər

Bu daş satılır! Onu taxdıqdan sonra libidonuz yüksəlir

Aynur Camal

Aprelin 15-də gözlənilən hava şəraiti

Aynur Camal

Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu