Dünya

Havadan atılan yardımın paraşütləri açılmadı

İsrailin aramsız hücumlarını davam etdirdiyi Qəzzaya havadan atılan yardım qutuları daşıyan paraşütlərin açılmaması və ərazidə gözləyən fələstinlilərin üzərinə düşməsi nəticəsində çox sayda insan ölüb və yaralanıb. İsraildə havadan humanitar yardım paylanması paraşütlərin açılmaması nəticəsində fəlakətə səbəb olub.

İsrailin hücumlarını davam etdirdiyi Qəzzanın şimalına havadan atılan humanitar yardım qutularını daşıyan paraşütlərin açılmayaraq ərazidə gözləyən fələstinlilərin üzərinə düşməsi nəticəsində çox sayda insanın öldüyü və yaralandığı bildirilib.

Qəzza Mülki Müdafiə Birliyinin sözçüsü Mahmud Basal verdiyi yazılı açıqlamada Qəzza zolağının şimalına yardım aparan təyyarələrin atdığı humanitar yardım qutularını daşıyan paraşütlərin açılmadığını bildirib. Basal qeyd edib ki, qutuların ərazidə kömək gözləyən bir qrup fələstinlinin üzərinə düşməsi nəticəsində çoxlu sayda adam ölüb və yaralanıb.

Sözçü Basal ölən və yaralananların sayı və yardımı yerə endirən təyyarələrin hansı ölkəyə aid olduğu barədə heç bir məlumat verməyib.

Martın 8-də Qəzza zolağında baş verən oxşar qəzada təyyarələrin atdığı humanitar yardım qutularını daşıyan paraşütlərin açılmaması və ərazidə kömək gözləyən insanların üzərinə düşməsi nəticəsində 5 fələstinli həyatını itirib, çoxlu sayda insan yaralanıb.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Rusiyada hakerlər televiziyanı yenidən sındıraraq müharibə haqqında həqiqəti deyiblər

Aynur Camal

“Şəkər əvəzedicilərindən istifadə fayda yox, ziyan edir”

Aynur Camal

Hindistan adı dəyişdirilə bilər

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu