Image default
Baş xəbərDünya

Havay adasında partlayış!

Dünyanın ən aktiv vulkanlarından biri kimi tanınan Havaydakı Kilauea vulkanı dekabrdan bu yana 12-ci dəfə püskürərək lava səpdi.

ABŞ-ın Havay adasında yerləşən Kilauea vulkanında vulkanik aktivlik dekabrın 23-dən etibarən davam edir. Havay Vulkanları Rəsədxanasının verdiyi açıqlamaya görə, Havay Vulkanları Milli Parkındakı vulkanın zirvə kraterində səhər saatlarında partlayış baş verib. Vulkan dekabrdan bəri 12-ci püskürmədən sonra lava metr hündürlükdə püskürüb. Partlayışın milli parkla məhdudlaşdığı və yaxınlıqdakı ərazilər üçün təhlükə yaratmadığı bildirilib.

Digər tərəfdən, 1924-1952-ci illər arasındakı sakit dövr istisna olmaqla, müntəzəm vulkan püskürmələrinin baş verdiyi Kilauea vulkanında 2018-ci ildə təxminən 3 ay davam edən püskürmələr 700-dən çox evi dağıdıb.

Mənbə: HaberGlobal

Aynur Camal

Oxşar xəbərlər

Deputat Ceyhun Məmmədov: Azərbaycan–Fələstin münasibətləri strateji əməkdaşlığın yeni mərhələsinə qədəm qoyur

Aynur Camal

The Guardian: Zelenskinin müdafiə nazirini vəzifədən uzaqlaşdırması Ukraynada və Qərbdə narahatlıq yaratdı

Aynur Camal

Endokrinoloq həftədə ən azı iki dəfə bu giləmeyvəni yeməyi tövsiyə etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu