12 C
Baku
28 Mart 2024, 13:00
Baş xəbərMədəniyyət

Hazırlaşın, sinemalara “Toy Tələsi” gəlir!

Hazırlaşın, sinemalara “Toy Tələsi” gəlir!

Filmin çəkilişləri yekunlaşmaq üzrədir.

  “Bugun tv” xəbər verir ki, kinokomediya janrında olan “Toy Tələsi” bədii filmi müasir dünyamızda baş verən real hadisələr əsasında qələmə alınıb. Ssenari müəllifi Yeganə Kərimzadə, prodüsserləri Rahim Telman Sadiqbəyli, Gülnarə Məmmədova, rejissoru Xəyalə Meydanova, quruluşçu rejissoru və layihə rəhbəri kinorejissor Faiq Nağıyev olan TOY TƏLƏSİ” filminin saxta toy səhnələrinin çəkilişləri baş tutub. F.Nağıyevin sözlərinə görə toy səhnəsi çox əyləncəli və maraqlı anlara yadda qalıb. “Gözəl səhnə çəkilişləri oldu. Azərbaycanın məşhur müğənniləri – Dana, Səlim, İzzət Bağırov və digərləri toya gələrək öz ifaları ilə filmə rəng qatıblar. Bir-birindən maraqlı rəqslər, eləcə də məzəli əhvalatlarla dolu olan bir günü də beləcə arxada qoyduq” . Kinorejissor onu da qeyd edib ki, “Toy Tələsi” filminin çəkilişləri artıq yekunlaşmaq üzrədir. Bir neçə səhnə çəkilişilərindən sonra montaj prosesi başlayacaq.

  Onu da qeyd edək ki, bu ekran əsərində, əsasən, kinorejissorların hansı əziyyətlə film istehsal etdikləri, eləcə də, imkanlı iş adamlarının kino sahəsinə laqeyid yanaşması öz əksini tapıb.

  Filmin əsas süjet xəttinin qəhrəmanı olan Fateh imkanlı iş adamıdır. Onun qəbuluna gələn rejissora laqeyid yanaşan bu şəxs özü də bilmədən ailəsindən gizlin eşq yaşadığı Dənizin oyununa gəlir.

  Filmdə bir günlük saxta bəy rolunu oynamaq üçün aktyor axtarışına da çıxılır. Həyəcanlı və maraqlı məqamların yer aldığı ssenaridə saxta elçilik və toy səhnələri, eləcə də, gülüş doğuran, insanları həm düşündürən, həm də pis əməllərdən daşındıran məqamlar yer alıb.

Qeyd edək ki, tammetrajli, “TOY TƏLƏSİ” bədii filmi 90 dəqiqə nəzərdə tutulub.

Aynur Camal

Oxşar xəbərlər

C.Məmmədov: “İran planlarını həyata keçirmək üçün din amilindən istifadə edir”

Bugün TV

İdman yazarı, jurnalist Şakir Yaqubov vəfat edib

Bugün TV

Nazir ağacəkmə aksiyasında iştirak etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu