Baş xəbərDünya

HƏMAS-dan atəşkəs bəyanatı: Hələlik müsbət siqnallar yoxdur!

HƏMAS-ın sözçüsü Usamə Həmdan işğalçı İsraillə davam edən atəşkəs danışıqları ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, Dohada davam edən atəşkəs danışıqlarından hələlik müsbət siqnallar yoxdur.

İşğalçı İsraillə HƏMAS arasında atəşkəs danışıqları davam edir. Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari Qəzzada atəşkəsə nail olmaq üçün paytaxt Dohada dünən başlayan vasitəçilik danışıqlarının bu gün də davam edəcəyini açıqlayıb.

HƏMAS-ın sözçüsü Usamə Həmdan Dohada davam edən danışıqlarla bağlı açıqlama verib. Danışıqlarda birbaşa iştirak etməyən HƏMAS-ın adından danışan Həmdan danışıqların hansı mərhələdə olduğu barədə dəqiq məlumatın olmadığını bildirib.

“Müzakirəçilər fikir ayrılıqlarının həlli üçün danışıqlara davam edirlər. Bununla belə, İsrail tərəfinin şərtləri artırdığı və yeni məsələləri gündəmə gətirdiyi aydındır” deyən Həmdan, İsrailin müsbət siqnal verəcəyi təqdirdə HƏMAS-ın yenidən danışıqlara qatıla biləcəyini bildirib.

Mənbə:  TGRT

Aynur Camal

Oxşar xəbərlər

Suriyada DEAŞ hücumu: Ölən və yaralananlar var

Aynur Camal

Rusiya: “Ukrayna 113 PUA ilə torpaqlarımıza hücum etdi”

Aynur Camal

Dünyaca məşhur “Anadolu Atəşi” Bakıda səhnəyə çıxacaq

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu