23 C
Baku
21 İyul 2024, 17:43
Dünya

HƏMAS İsrailin Qəzzada “aclıq siyasətinə” qarşı təcili müdaxiləyə çağırır

Həmas Qəzzada sərhəd qapılarını bağlayaraq və yardımların ölkəyə girişinin qarşısını alaraq İsrailin “aclıq siyasətini” dərhal dayandırmağa çağırıb.

Həmas Qəzza zolağında bütün sərhəd qapılarının bağlanması, yardım və mal girişinin qarşısının alınması nəticəsində bölgədə, xüsusilə şimalda artan aclıq ilə bağlı yazılı açıqlama verib.

Açıqlamada, “Qəzzə zolağında uşaq, qadın və qocaların da olduğu dinc əhaliyə qarşı aclıq müharibəsi davam edir. Xüsusilə Qəzzanın şimalında aclıq və humanitar fəlakətin izləri getdikcə artır” deyildi.

Nasist işğalçı hökuməti Qəzzanı tam mühasirəyə alaraq, sərhəd qapılarını bağlayaraq və yardımların daxil olmasına mane olmaqla müdafiəsiz dinc əhaliyə qarşı ən qəddar kollektiv cəzanı tətbiq edir”. Açıqlamada İsrailin Qəzzada həyata keçirdiyi aclıq siyasətinə dərhal son qoyulması istənilib.

İsrail aclığı dərinləşdirir

Bəyanatda Birləşmiş Millətlər Təşkilatı və beynəlxalq ictimaiyyətdən Qəzza xalqına yardımların çatdırılması və törədilən soyqırımın dayandırılması üçün təcili qərarlar qəbul edilməsi, İslam dünyası və ərəb ölkələrinin də İsrailə təzyiq göstərməsi istənilib. Qəzzanın sərhəd qapılarını açın və yardımların daxil olmasını təmin edin.

Qəzza hökuməti dünən bildirib ki, İsrail və ABŞ administrasiyası humanitar yardım və ərzaq problemlərindən Qəzza zolağında mülki insanlara qarşı siyasi təzyiq vasitəsi kimi istifadə edir, aclığı dərinləşdirir və humanitar vəziyyəti qəsdən gərginləşdirir.

Mənbə: TrtHaber

İntizar Əmirova

Oxşar xəbərlər

Ərdoğan Əsədlə görüşə biləcəyini söyləyib

Nigar Məmmədova

ABŞ Ukraynanı “Patriot” raketlərinin mərmiləri ilə təmin edə bilməyəcək

İntizar Əmirova

Türklər dənizlərin super gücü olacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu