25 C
Baku
27 İyul 2024, 3:51
Dünya

HƏMAS: İsraillilər hələ də Netanyahunun siyasi maraqlarının əsiridir

HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları bəyan edib ki, İsrail vətəndaşları İsrailin baş naziri Binyamin Netanyahunun şəxsi siyasi maraqları ucbatından əsir saxlanılmağa davam edir. HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının Telegram hesabında edilən paylaşımda israilli məhbusların ailələrinə müraciət edilib.

Ərəb və ivrit dillərində hazırlanan yazıda bu ifadə yer alıb: “Övladlarınız hələ də Netanyahunun siyasi maraqlarına görə əsirdir”.

İsrail mətbuat xidmətinin verdiyi məlumata görə, bu gün Qəzzada israilli məhbusların qohumlarının nümayəndələri ilə görüşən Netanyahu Qəzza zolağının cənubundakı Rəfah şəhərinə qurudan hücum edib-etməməsindən asılı olmayaraq, qurudan hücum edəcəklərini bildirib.

Netanyahunun 1,5 milyon məcburi köçkün fələstinlinin sığındığı Rəfaha qurudan hücum elan etməsinin İsraillə Həmas arasında əsir mübadiləsi danışıqlarının davam etdiyi dövrə təsadüf etməsi diqqət çəkib.

İsrail hakimiyyətinin məlumatına görə, Qəzza zolağında bəziləri sağ, bəziləri isə ölü olmaqla 130-dan çox israilli məhbus var.

HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları İsrailin Qəzzaya hücumları zamanı öldürülən israilli məhbusların sayının 70-i keçdiyini açıqlayıb.

Mənbə: Ntv.Tr

Aynur Camal

Oxşar xəbərlər

Silahlı hücumda 34 nəfər öldü

Bugün TV

Donald Trampa yeni məhkəmə prosesinin olacağını proqnozlaşdırdı

Aynur Camal

İran hökuməti etirazçılara qarşı təzyiqləri artırdı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu