27 C
Baku
27 İyul 2024, 3:24
Baş xəbər

“Heydər Əliyev – 101” adlı tədbir təşkil olunub-VİDEO

 Bugun.tv xəbər verir ki, “Demokratik cəmiyyət və qadın hüquqlarının müdafiəsi” İctimai Birliyinin sədri Mehriban Abdullayeva ümummilli liderin həyata keçirdiyi siyasət və onun uğurla davam etdirilməsindən danışıb.

Tədbirdə QHT sədrləri, qazilər, şairlər, müəllim və bir çox təşkilat üzvləri iştirak ediblər.

Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu Qarabağın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ulu Öndərin bu vəsiyyətini onun layiqli davamçısı, Ali Baş Komandanı İlham Əliyev yerinə yetirdi.

Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. O, öz həyatını doğma xalqına həsr etdi. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət göstərdi.

Tədbirdə iştirak edənlər cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə apardığını bildiriblər.

 

Aynur Camal

Oxşar xəbərlər

Yol qəzası oldu: 1 ölü, 4 yaralı

Bugün TV

Yol qəzası: 6 yaralı

Teymur Əziz

Bəşəri hisslərlə çulğalanmış MİLLİ SİYASƏT ADAMI – HEYDƏR ƏLİYEV – 100

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu