DünyaSosial

Hicab haqqında yeni qərar çıxdı

Bugun.tv bildirir ki, Avstriya hicab haqqında yeni qərar verib. Buna səbəb iş müsahibəsində hicablı qadınlara qarşı olan ayrı-seçkilikdir.
Belə ki, paytaxt Vyanada bağçasında işləyən müsəlman qadın yüksək vəzifəyə keçmək üçün müraciət edib. O, baş örtüyü ilə bağlı suallara və mənfi şərhlərə məruz qalıb. Bu səbəbdən sözügedən qurumu məhkəməyə verib.

Vyana Regional İnzibati Məhkəməsi uşaq bağçasının  məsullarının iş müsahibəsi zamanı hicabla bağlı bu davranışını ayrı-seçkilik kimi qiymətləndirib. Buna görə də zərərçəkənə 2000 avro təzminat ödənilməsinə qərar verib.

Həmçinin, İrqçiliyə Qarşı İş və Mülki Cavab və Avstriya Müsəlmanlar üçün Sənədləşdirmə və Məsləhət Mərkəzi müsəlman qadına işin məhkəməyə verilməsində köməklik göstərib.

Mənbə:TRT haber

Bugün TV

Oxşar xəbərlər

Nellie Bly kim idi?

Aynur Camal

Meşə yanğınına havadan və qurudan müdaxilə edilir

Bugün TV

Məhluqə Rəhimova: “Məqsədimiz əlilliyi olan qadınların dövlət xidmətlərinə əlçatanlığını təmin etməkdir”

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu