Bugun.tv xəbər verir ki, Madrid Moda Həftəsində şəffaf və yarı şəffaf parçalar diqqət çəkən geyim istiqamətlərindən biri olub.
“Marie Claire”nin yazdığına görə, Madrid Moda Həftəsində təqdim olunan kolleksiyalarda şəffaf parçaların xüsusilə iri və həcmli geyimlərdə istifadəsi ön plana çıxıb.
Palomo markasının nümayişində şəffaf orqanza parçadan hazırlanmış dəstlər və lələk saçaqlı yüngül üst geyimlər təqdim olunub. Dizayner Ernesto Naranjo isə elastik tül, atlas və şəffaf qatları bir araya gətirib.
Nəşr qeyd edir ki, bu yanaşma əvvəlki illərdə geniş yayılan bədənə yapışan şəffaf geyimlərdən fərqlənir. Bu dəfə şəffaflıq daha geniş və rahat biçimli geyimlərdə tətbiq olunur.
Madrid Moda Həftəsində dəri, metal detallı geyimlər, lələklər və saçaqlar da diqqət çəkən digər istiqamətlər arasında olub.
Mənbə: MarieClaire
