Bugun.tv xəbər verir ki, Hindistanın Antarktidadakı Maitri tədqiqat stansiyasında çalışan alimlər Qaneş bayramını qeyri-adi şəkildə qeyd ediblər.
“Times of India”nın məlumatına görə, Milli Qütb və Okean Araşdırmaları Mərkəzinin əməkdaşları bayram münasibətilə qardan Qaneş fiquru hazırlayıblar.
Tədqiqatçılar hazırladıqları fiqurun ətrafında dini mərasim keçirib, daha sonra birlikdə ənənəvi şirniyyat olan modaklardan yeyiblər. Bayram tədbiri stansiyada çalışan həkim Anirudh Dhar tərəfindən lentə alınıb və sosial şəbəkədə paylaşılıb.
Maitri stansiyası Şərqi Antarktidada, Şirmaker vahəsində yerləşir. Hindistanın qitədəki ikinci daimi tədqiqat stansiyası olan Maitri sahildən təxminən 100 kilometr məsafədə yerləşir.
Alimlər qardan hazırladıqları fiquru sonradan su ilə dolu qabda əridiblər. Bu üsul onların sözlərinə görə, bayram ənənəsini Antarktida şəraitinə uyğunlaşdırmağa imkan verib.
Mənbə: TimesOfIndia
