Dünya

Hollandiyanın baş naziri: NATO-nun Türkiyəyə ehtiyacı var

 Hollandiyanın baş naziri: NATO-nun cənub cinahının Türkiyənin rəhbərliyinə ehtiyacı var.

Hollandiyanın Baş naziri Mark Rutte prezident Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransı keçirib.

Görüş zamanı Hollandiyanın baş naziri Rutte, “NATO-nun cənub qanadının Türkiyəyə ehtiyacı var, Türkiyənin liderliyinə ehtiyacı var” deyib.

Hollandiyanın baş naziri Rutte, “Türkiyə geosiyasi aktordur və Türkiyənin (bölgədə) böyük təsiri var” deyib.

“Bizim ticarət və iqtisadi əlaqələrimiz möhkəmlənməkdə davam edir”.

“Bizim ikitərəfli əlaqələrimiz 400 ildən çox əvvələ gedib çıxır. Görüşlərimiz zamanı ölkələrimiz arasında çoxşaxəli əməkdaşlığı nəzərdən keçirdik. Ticarət və iqtisadi əlaqələrimiz möhkəmlənməkdə davam edir”. Prezident Ərdoğan açıqlamalarına bu sözlərlə davam edib:

“Hollandiya Türkiyənin ən böyük xarici sərmayədar ölkəsidir. İkitərəfli ticarətimiz keçən il 13 milyard dollara çatıb. İlk mərhələdə bu rəqəmi 15 milyard dollara, daha sonra isə 20 milyard dollara çatdırmağı hədəfləyirik.

Mənbə: TrtHaber

Elnarə Dərziyeva

Oxşar xəbərlər

Məktəblərdə smartfonlar qadağan edilməlidir! UNESKO ÇAĞIRIŞ ETDİ

Kəmalə Sultan

Ukrayna: “Rusiyanın Odessaya hücumu zamanı liman və kənd təsərrüfatı obyektlərinə ziyan dəyib”

Teymur Əziz

ABŞ Konqresi 2024-cü ilin hökumət büdcəsini müəyyənləşdirdi

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu