25 C
Baku
27 İyul 2024, 4:54
Baş xəbərDünyaMədəniyyət

Hollivud əfsanəsini görənlər onu tanıya bilməyiblər

Hollywood efsanesini görenler tanıyamadı

Bugun.tv xəbər verir ki, Hollivud kinosunun canlı əfsanəsi 93 yaşlı Klint İstvud məşhur antropoloq Ceyn Qudall ilə qatıldığı tədbirdə görüntülənib.

Hürriyyət qəzetinin verdiyi məlumata görə may ayının sonunda 94 yaşını qeyd edəcək məşhur adın son görünüşü pərəstişkarlarını təəccübləndirsə də, İstvudun əhval-ruhiyyəsinin yüksək olduğu, ətrafdakılarla zarafatlaşdığı bildirilib.

Hollivud ulduzunun dağınıq saçları və uzun ağ saqqalı diqqəti cəlb edərkən, mavi damalı köynək, boz şalvar və idman ayaqqabısı geyinərək tədbirə qatılması “sadə seçim” kimi şərh edilib. İstvud sonuncu dəfə keçən il “Juror #2” filminin çəkiliş meydançasında görünüb. Rejissorluq karyerasında “Bağışlanmamış”, “Qran Torino”, “Mistik çay”, “Milyon Dollar Körpə” kimi bir çox filmə prodüserlik edən İstvudun yeni filminin 2024-cü ildə nümayişi gözlənilir.

Aynur Camal

Oxşar xəbərlər

İbtidai insanın ayaq izləri tapıldı

Bugün TV

Elektrik yorğanı yanğın başladı: 1 yaralı

Aynur Camal

Polisin qadağaları altında Əl-Əqsa məscidində cümə namazı qılınıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu