Dünya

Hörmüz boğazında gərginlik artdı: İran və ABŞ atəşkəsi pozmaqda bir-birini ittiham edir

İran və Amerika arasında əldə olunduğu bildirilən bir aylıq atəşkəs rejimi ciddi sınaqla üzləşib.

Bugun.tv-xəbər verir ki, tərəflər Hörmüz boğazı ətrafında baş verən son insidentlərdən sonra bir-birini atəşkəsi pozmaqda ittiham ediblər.

İran tərəfi ABŞ-ı Hörmüz boğazında iki gəmini hədəfə almaqda və mülki ərazilərə zərbələr endirməkdə günahlandırıb. Tehran bu addımların atəşkəs razılaşmasının açıq şəkildə pozulması olduğunu bəyan edib.

ABŞ ordusu isə cavab olaraq bildirib ki, boğazdan keçən üç hərbi gəmisinə qarşı raket, pilotsuz uçuş aparatı və kiçik qayıqlarla hücum təşkil olunub. Vaşinqton həmin hücumlara cavab olaraq raket buraxılış məntəqələri, komandanlıq mərkəzləri və digər hərbi obyektlərə zərbələr endirdiyini açıqlayıb.

ABŞ tərəfinin məlumatına görə, hücuma məruz qalan gəmilər arasında USS Truxtun, USS Rafael Peralta və USS Mason yer alıb. Bildirilib ki, insident zamanı ABŞ hərbi qüvvələrinə birbaşa ziyan dəyməyib.

Donald Trump isə baş verən qarşıdurmalara baxmayaraq, atəşkəsin tamamilə dağılmadığını bildirib. O, tərəflər arasında razılaşmanın hələ də mümkün olduğunu vurğulayıb.

İran dövlət mediası bir neçə saat davam edən qarşılıqlı atəşdən sonra Hörmüz Boğazında yaxınlığındakı adalarda və sahil bölgələrində vəziyyətin normallaşdığını açıqlayıb.

Hadisələrin fonunda dünya enerji bazarları da reaksiya verib. Məlumata görə, Brent markalı neftin qiyməti bir barel üçün təxminən 101 dollara qədər yüksəlib.

Müşahidəçilər hesab edirlər ki, Hörmüz boğazında artan hərbi gərginlik regionda yeni qarşıdurma riskini artırmaqla yanaşı, qlobal enerji bazarlarına da ciddi təsir göstərə bilər.

Mənbə: The Guardian

Aynur Camal

Oxşar xəbərlər

İran “Ocean Koi” adlı neft tankerini saxladığını açıqladı

Aynur Camal

Aİ Ukraynalı uşaqların təxliyəsi iddiaları ilə bağlı Rusiyaya yeni şəxsi sanksiyalar hazırlayır

Aynur Camal

Tramp: İran ABŞ-a “nüvə tozu” verməyə hazırdır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu