DünyaSiyasət

Hörmüz boğazının yenidən açılması ilə neft qiymətləri endi

Bugun.tv xəbər verir ki, ABŞ və İran arasında əldə olunan ilkin razılaşmadan sonra Hörmüz boğazının yenidən açılması beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Razılaşmanın enerji daşımalarının bərpasına imkan yaradacağı gözlənilir.

Məlumata görə, qlobal neft ticarətinin mühüm hissəsinin həyata keçirildiyi Hörmüz boğazında hərəkətin bərpası xəbəri dünya bazarlarında müsbət qarşılanıb. Belə ki, bu fonda neft qiymətlərində nəzərəçarpacaq enmə qeydə alınıb.

Həmçinin analitiklər hesab edirlər ki, boğazın açılması enerji təchizatında yaranan riskləri azaldacaq və qlobal iqtisadiyyata müsbət təsir göstərəcək.

Mənbə: Reuters

Aynur Camal

Oxşar xəbərlər

Aİ-də süni intellektlə yaradılan məzmuna etiket məcburi olacaq

Aynur Camal

15 fil öldü, sianid zəhərlənməsi ilə əlaqələndirilir

Aynur Camal

Zelenski: ABŞ Patriot raketlərinin birgə istehsalına siyasi razılıq verdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu