Baş xəbərDünya

Hücumlarda ölənlərin sayı 15 min 207-yə yüksəldi

Bugun.tv xəbər verir ki, İsrailin oktyabrın 7-dən blokadada olan Qəzza zolağına hücumlarında ölənlərin sayı 15 min 207-yə yüksəlib. Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qudra mətbuata açıqlamasında Qəzzada son vəziyyətlə bağlı məlumat verib. Kudra, 40 min 652 nəfərin yaralandığını bildirib. Nazirlik sözçüsü həmçinin qeyd edib ki, Qəzzada İsrail qüvvələri tərəfindən saxlanılan Şifa xəstəxanasının direktoru və 31 tibb işçisi ağır humanitar şəraitdə dindirilib və işgəncələrə məruz qalıb. İsrail qüvvələri noyabrın 23-də Şifa xəstəxanasının direktoru Məhəmməd Əbu Silmiyye və bir qrup səhiyyə işçisini saxlayıb.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu