Bugun.tv xəbər verir ki, Azərbaycanın Türkiyədəki keçmiş səfiri Hulusi Kılıç öz sosial media hesabıında Azərbaycan-Türkiyə münasibətləri və Azərbaycana qarşı yönələn tənqidlərlə bağlı paylaşım edib.
Hulusi Kılıç paylaşımında “Can Azərbaycana hücum edənlərə mesajım” başlığı ilə fikirlərini bölüşüb.
O bildirib:
“Türkiyə-Azərbaycan xalqları bir ailədir. Buna görə də bir millətdir.
Can Azərbaycana qarşı haqsız, məsuliyyətsiz və düşünülmədən edilən tənqidlər və hücumlar bizim ailəmizə yönəlib. Bu haqsız, məsuliyyətsiz və düşünülmədən edilən hücumlar bizi sevməyənləri sevindirir.
Türkiyə-Azərbaycan qardaşlığı əsrlərə dayanan qardaşlıqdır. 1915-ci il Çanaqqala döyüşləri zamanı düşmənə qarşı mehmetçiklə çiyin-çiyinə döyüşən və şəhid olan minlərlə azərbaycanlı qardaşımızın tarixi həmrəyliyindən başlayaraq, 15 iyun 2021-ci ildə imzalanan və iki ölkə parlamenti tərəfindən təsdiqlənən Şuşa Bəyannaməsi ilə möhkəmləndirilib.
Azərbaycan suveren və müstəqil dövlətdir. Xarici siyasətini ölkələrlə keçmişdə apardığı və gələcəkdə aparacağı strateji əməkdaşlıq, hədəf və maraqlar əsasında özü müəyyən edir.
Heç kimin buna qarışmağa və söz deməyə haqqı yoxdur.”
Hulusi Kılıçın paylaşımında eyni zamanda Azərbaycan-Türkiyə münasibətlərinin tarixi və Şuşa Bəyannaməsinin iki ölkə arasındakı əlaqələrdəki rolu xüsusi vurğulanıb.
