15 C
Baku
22 Aprel 2026, 22:32
Digər

Hürmüz boğazında gərginlik: 3 gəmiyə atəş açıldı, İran ikisini saxladı

Dünyanın ən strateji enerji və ticarət marşrutlarından biri olan Hürmüz boğazında gərginlik yenidən artıb. Məlumata görə, bölgədə hərəkətdə olan üç müxtəlif gəmi silahlı hücuma məruz qalıb.

Böyük Britaniya Dəniz Ticarət Təşkilatı (UKMTO) tərəfindən yayılan açıqlamada bildirilib ki, Liberya bayrağı altında üzən konteyner gəmisi Oman sahilləri yaxınlığında hücuma məruz qalaraq zərər görüb. Gəmi kapitanı hücumun İran İnqilab Keşikçiləri Korpusuna məxsus sürətli kater tərəfindən həyata keçirildiyini bildirib. Hadisə zamanı ekipaj üzvlərinin xəsarət almadığı qeyd olunub.

Digər insidentdə Panama bayrağı altında üzən və BƏƏ şirkəti tərəfindən idarə olunan “Euphoria” adlı gəmiyə də atəş açılıb, lakin gəmi zərər görməyib. Həmçinin “Francesca” adlı başqa bir konteyner gəmisinin də hədəf alındığı, lakin ekipajın təhlükəsiz olduğu bildirilib.

İran tərəfi isə “Epaminondas” və “MSC Francesca” adlı gəmilərin saxlanılaraq ölkə sahillərinə yönləndirildiyini açıqlayıb. Rəsmi məlumata görə, bu gəmilər lazımi icazələr olmadan hərəkət edib və dəniz təhlükəsizliyi sistemlərini pozaraq risk yaradıblar.

Ekspertlər baş verənləri İran ilə ABŞ və İsrail arasında artan gərginliyin dəniz ticarətinə təsiri kimi qiymətləndirir.

Qeyd edək ki, dünya neft daşımalarının əhəmiyyətli hissəsi məhz Hürmüz boğazından keçir və burada baş verən hər hansı insident qlobal enerji bazarlarına ciddi təsir göstərə bilər.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

WMO xəbərdarlıq edir: Bəzi ölkələrdə ildə 250 gün işləmək mümkün olmaya bilər

Aynur Camal

Bakıda saxlanılan Rusiya vətəndaşına 4 il həbs cəzası verildi

Aynur Camal

Araşdırma: qəhvə bağırsaq sağlamlığına və psixoloji vəziyyətə müsbət təsir edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu