Digər

Husilər Yəməndə BMT-nin 11 əməkdaşını saxlayıb

Bugun.tv xəbər verir ki, bu barədə BMT Baş katibinin Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrundberq bildirib. O, BMT əməkdaşlarının qanunsuz həbslərinin yeni dalğasını, həmçinin təşkilatın binalarına zorla daxil olmanı, əmlakların müsadirə edilməsini qətiyyətlə pisləyib.

“Saxlanılardan əlavə BMT-nin daha 23 əməkdaşı həbsdədir. Onlardan bəzisi 2021 və 2023-cü ildən saxlanılıb”, – deyə Qrundberq bildirib. Həmçinin qeyd olunub ki, bu ilin əvvəlində bir məhbus həbsdə ölüb. Qrundberq BMT-nin bütün işçilərini, həmçinin yerli və beynəlxalq QHT işçilərini dərhal azad edilməsini tələb edib.

Bugün TV

Oxşar xəbərlər

Solaris Psixologiya Mərkəzinin rəsmi saytı istifadəyə verilib.

Teymur Əziz

Nizə zərbəsi ilə öldürülmüş neandertalın qalıqları aşkarlandı

Aynur Camal

Hazır qidalar beyində gizli zədələnmə riskinin artması ilə əlaqələndirilib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu