Dünya

Həddindən artıq emal olunmuş qidalar beyin damarlarına zərər verə bilər

Bugun.tv xəbər verir ki, həddindən artıq emal olunmuş qidaların çox istehlakı ilə orta yaşlı insanlarda beyin damarlarının zədələnməsi arasında əlaqə aşkarlanıb. “TRT Haber”in oktyabrın 20-də Anadolu Agentliyinə istinadən yaydığı məlumata görə, bu dəyişikliklər ilkin mərhələdə heç bir əlamət göstərmədən inkişaf edə bilər.

“JAMA Network Open” jurnalında dərc olunan araşdırmada 35–69 yaş aralığında təxminən 9 min nəfərin qidalanma vərdişləri, maqnit-rezonans tomoqrafiyası nəticələri və idrak qabiliyyətini ölçən testlər təhlil edilib.

Nəticələrə əsasən, ən çox emal olunmuş qida istehlak edən qrupda hər doqquz nəfərdən birində beyində damar mənşəli zədələnmə əlamətləri aşkarlanıb. Bu göstərici həmin qidaları ən az istehlak edən qrupda hər 12 nəfərdən birinə bərabər olub.

MRT müayinələrində beynin ağ maddəsində dəyişikliklər və qan axınının pozulması nəticəsində zədələnmiş toxumalar qeydə alınıb. Tədqiqatçılar belə dəyişikliklərin gələcəkdə insult, idrak qabiliyyətinin zəifləməsi və demensiya riskinin artması ilə əlaqəli ola biləcəyini bildirirlər.

Bununla belə, araşdırma müşahidə xarakteri daşıyır və birbaşa səbəb-nəticə əlaqəsini sübut etmir. Mütəxəssislər qidalanma ilə beyin sağlamlığı arasındakı əlaqənin daha geniş tədqiqatlarla araşdırılmasına ehtiyac olduğunu vurğulayırlar.

Mənbə:  TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Trampın jurnalistləri Ağ Evdən çıxarmaq istədiyi iddia olunur

Aynur Camal

İran: Zənginləşdirilmiş uranın bir qramı belə ölkədən çıxarılmayacaq

Aynur Camal

Şahzadə Harri ailəsi ilə münasibətlərini bərpa etmək istəyir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu