13 C
Baku
10 Aprel 2026, 15:23
Digər

Həkimdən məsləhət: Hansı yorğan altında yatmaq çətinləşir?

Mütəxəssis həkim-somnoloq, professor Roman Buzunov düzgün yorğan seçiminin yuxu keyfiyyətinə ciddi təsir etdiyini bildirib.

O həmçinin qeyd edir ki, düzgün seçilmiş yorğan stressi və narahatlığı azalda, daha tez yuxuya getməyə kömək edə bilər.

Material seçimi vacibdir

Buzunovun sözlərinə görə, yun yorğanlardan ehtiyatla istifadə olunmalıdır, çünki onlar allergiyaya səbəb ola bilər. Köhnə pambıq yorğanlar isə rütubəti çox saxladığı üçün zamanla xoşagəlməz qoxu yaradır və gigiyenik olmur.

Ən yaxşı seçim kimi müasir sintetik materiallardan hazırlanmış yorğanlar göstərilir. Onlar yüngül olur, havanı yaxşı keçirir və nəmi özünə çəkir.

Tük (pux) yorğanlar da keyfiyyətli hesab olunur, lakin onlara düzgün qulluq edilməlidir. Əks halda, allergiyaya səbəb ola biləcək gənələr yarana bilər.

Yorğanı vaxtında dəyişmək lazımdır

Mütəxəssis tövsiyə edir ki, yorğan və yastıqlar hər 3–4 ildən bir yenilənməlidir. Çünki zamanla onlar çirklənir, materiallar parçalanır və mikroorqanizmlər çoxalır.

Ağır yoxsa yüngül?

Son illərdə “ağır yorğanlar” (weighted blanket) geniş yayılıb. Bu yorğanların çəkisi insanın bədən çəkisinin təxminən 10%-i qədər olmalıdır.

Araşdırmalara görə, belə yorğanlar insanda təhlükəsizlik hissi yaradır, stressi azaldır və hətta “sevgi hormonu” sayılan Oxytocin səviyyəsini artıra bilər.

Lakin bu təsirin fərdi olduğu vurğulanır — bəzi insanlar yalnız yüngül yorğan altında rahat yata bilir. Buna görə də yorğan seçərkən onu sınaqdan keçirmək tövsiyə olunur.

Cütlüklər üçün fərqli yorğan daha yaxşıdır

Mütəxəssis bildirir ki, bir yataqda yatan cütlüklərin ayrı-ayrı yorğan istifadə etməsi daha məqsədəuyğundur. Çünki insanların istilik həssaslığı fərqlidir və bu, yuxu keyfiyyətinə təsir edə bilər.

Araşdırmalara görə, birlikdə yatarkən ən çox rast gəlinən problemlər bunlardır: xoruldama, yorğanın çəkilib aparılması və tərəflərdən birinin çox isti olması.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Venesuela mədən sektorunu xarici investorlara açır

Aynur Camal

Sağlam bel üçün ən yaxşı “dərman”: 5 effektiv məşq

Aynur Camal

Araşdırma: Pişiklər də eyni yeməkdən bezir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu