Bugun.tv xəbər verir ki, HMD Global Nokia markasının yeni düyməli telefonu Nokia 300 Charge modelini təqdim edib. Cihazın əsas xüsusiyyəti digər telefon və USB qurğularını da enerji ilə təmin edə bilməsidir.
Nokia 300 Charge 3 700 mAh çıxarıla bilən batareya ilə təchiz olunub. HMD-nin məlumatına görə, bu batareya telefona bir dəfə enerji yükləndikdən sonra 40 gündən çox gözləmə müddəti, 37,9 saata qədər danışıq imkanı verir. Cihaz USB-C vasitəsilə 10 vatt gücündə enerji qəbul edə və uyğun qurğuları eyni güclə doldura bilir.

Telefonun yan tərəfində xüsusi düymə yerləşir. Bu düymə vasitəsilə powerbank rejimi aktivləşdirilir və uyğun smartfonlar, qulaqcıqlar və digər USB qurğuları telefondan enerji ala bilir.
Nokia 300 Charge 2,4 düymlük QVGA ekran, QVGA arxa kamera, Unisoc SC6531E prosessoru, 4 MB operativ yaddaş və 32 GB-a qədər microSD kart dəstəyi ilə təchiz edilib. Telefonda 3,5 mm qulaqlıq girişi də var.

Model həmçinin gücləndirilmiş LED fənərlə təchiz olunub. HMD bu fənərin əvvəlki Nokia 105 modelindən dörd dəfəyədək daha parlaq olduğunu bildirir. Telefonun çəkisi 138 qramdır.
Nokia 300 Charge hazırda müxtəlif bazarlarda təqdim edilir və qiyməti ölkədən asılı olaraq dəyişir.
Mənbə: HMD Global
