27 C
Baku
27 İyul 2024, 8:16
Baş xəbərDünya

İbn Sinadan qızıl dəyərli məsləhətlər

Bugun.tv xəbər verir ki, həkimlərin ustadı və İslamın ən mühüm alimlərindən biri olan İbn Sina illər əvvəl yazdığı reseptlərli bu gün də hər xəstəliyi müalicə edir.

Havaların durmadan dəyişdiyi bu fəsillərdə xəstəliklər qaçılmaz olub. Çox insan dərman əvəzinə təbii reseptlərlə sağlamaq istəyirlər. Onlar xəstə olmasalar belə, baş verə biləcək xəstəliklərə qarşı tədbir görmək istəyirlər.

Əsrlər boyu hər nəsihəti ilə inanılmaz təsir bağışlayan İbn-i Sina, demək olar ki, hər kəsdə rast gəlinən astma xəstələri, tez-tez baş ağrıları və böyrək xəstəliklərinə qarşı möcüzəvi təkliflər edib. Məsələn:

1- Yemək yeyərkən az miqdarda yeyin və yeməkdən sonra 4-5 saat ara verin. Ən böyük şəfa həzmdədir.

2- İbn-i Sina astma xəstələrinə bal və badam qarışığını tövsiyə edib. Badamı əzmək və balla qarışdırmaq astma xəstəliyini sağaldır.

3- İbn Sinadan xəstəliklərin ən mühüm səbəbi haqqında soruşduqda; O: “Yediyinizi həzm etməmiş yenidən yeməkdir” deyə cavab verib.

4- İbn-i Sina bədənin hər hansı bir yerində dözülməz ağrıları aradan qaldırmaq üçün hacamatı məsləhət verib.

5- İbn-i Sina böyrək daşları, qum və digər böyrək xəstəliklərində qabıqsız qarpız tumları, üyüdülmüş üzüm toxumları, kərəviz və ya razyana toxumlarını istehlak etməyi tövsiyə etmişdir.

6- Davamlı baş ağrıları olan insanlar qan verərsə və ya müntəzəm olaraq yumurta yeyərsə, ağrıları bir müddət sonra dayanar.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Roma Papası Fransisk əməliyyat olunmaq üçün xəstəxanaya yerləşdirildi

Aynur Camal

Netanyahu ABŞ-a gəldi: planlar dəyişir

Aynur Camal

Prezident Ərdoğan and içdi… Mandatını Baxçalıdan aldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu