Baş xəbərİdman

İdman yazarı, jurnalist Şakir Yaqubov vəfat edib

Müxtəlif mükafatlar qazanmış, “Azərbaycan Respublikasının fəxri auditoru” adını almış ilk və yeganə peşəkar jurnalist, idman yazarı Şakir Yaqubov dünyasını dəyişib. 

Bugün.tv xəbər verir ki,  bu barədə onun yaxınları sosial şəbəkələrdə paylaşım ediblər.

Şakir Yaqubov 1951-ci ildə Astaranın Bala Şahağac kəndində anadan olub. 1974-2000-ci illərdə “Azərbaycan gəncləri”, “Kommunist” (indiki “Xalq qəzeti”), “Həyat” (indiki “Azərbaycan”), “Sirdaş”, “Səhər” və “AFFA news”, “Panorama” qəzetlərində müqaviləli xüsusi müxbirlikdən baş redaktorun birinci müavini və baş redaktoracan ən müxtəlif vəzifələrdə, sonrakı 10 ildə isə Azərbaycan Respublikası Auditorlar Palatasının redaksiya-nəşriyyat şöbəsinin müdiri, “İqtisadiyyat və audit” elmi-praktik jurnalının məsul redaktoru vəzifəsində çalışıb.

Jurnalist İki dəfə – sovet dövründə (1989-cu il) və müstəqillik illərində (2005-ci il) “Əməkdar mədəniyyət işçisi” fəxri adına, 2014-cü ildə Azərbaycan mətbuatının inkişafındakı xidmətlərinə görə “Azərbaycan Mətbuat Şurasının Ali Media Mükafatı” (2014), habelə “Qızıl qələm” və Həsən bəy Zərdabi, 10-dək yaradıcılıq müsabiqəsinin mükafatlarına layiq görülüb. Eyni zamanda O, bir çox kitabların müəllifi olub.

Allah rəhmət eləsin!

Bugün TV

Oxşar xəbərlər

İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

Aynur Camal

Qahirə Universitetində Azərbaycan dilində şeir səsləndirildi – misirli tələbələrdən təsirli çıxış

Aynur Camal

Bu gecə Bakı Pakistan Gününü işıqlandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu