25 C
Baku
23 İyun 2025, 14:18
Siyasət

İİTKM-də “İslahat Könüllüləri”nin təşəbbüsü ilə Məzahir Əfəndiyevlə görüş keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “İslahat Könüllüləri” təşkilatının təşəbbüsü ilə Milli Məclisin deputatı Məzahir Əfəndiyevlə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş görüş keçirilib.

Bugun.tv xəbər verir ki, görüşdə “İslahat Könüllüləri” ilə yanaşı, “MEDİA Könüllüləri”, “Könüllü gömrükçü”, “Ailəm könüllüləri” və “İnnovasiya Könüllüləri” təşkilatlarının nümayəndələri iştirak ediblər.

İİTKM-in icraçı direktorunun müavini Ramil Hüseyn qonağı salamlayaraq mövzunun aktuallığını vurğulayıb, gənclərin dövlətçilik ənənələrinə sadiq vətəndaş kimi yetişmələrinin əhəmiyyətindən danışıb.

Milli Məclisinin deputatı Məzahir Əfəndiyev çıxış edərək 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edildiyini, bu il Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü olduğunu diqqətə çatdırıb. O, müstəqil Azərbaycanın keçdiyi inkişaf yolundan, Konstitusiyaya əsaslanan hüquqi və demoktarik dövlət quruculuğunun əhəmiyyətindən danışıb. Azərbaycanın ərazi bötüvlüyü və suverenliyinin tam bərpa edilməsinin tarixi dəyərindən söz açan millət vəkili bu dəyərin qorunub gələcək nəsillərə ötürülməsində gənclərin rolunu xüsusi vurğulayıb.

Sonda könüllülərin sualları cavablandırılıb, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mənbə: İlkha

Aynur Camal

Oxşar xəbərlər

Slovakiya Prezidenti hökumətin istefasını qəbul edib

Aynur Əfəndi Zadə

İÇAN / DJB.Az ANKARADA “İLİN 2023 ALİMİ MÜKAFAT MƏRASİMİ” KEÇİRİLİB

Bugün TV

Paşinyan ümid edir ki, Rusiya sərhədlərin delimitasiyası üçün İrəvana dəstək verəcək

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu