6 C
Baku
2 Aprel 2023, 0:30
Baş xəbər

İki görkəmli memarın abidəsi ucaldılacaq

Bugün.tv Mədəniyyət Nazirliyindən əldə etdiyi məlumata əsasən Azərbaycan Respublikasının Prezidenti Bakı şəhərində görkəmli memarlar Mikayıl Hüseynovun və Sadıq Dadaşovun vahid kompozisiya şəklində birgə abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, memarlıq sənətinin təşəkkülündə mühüm xidmətləri olan görkəmli Azərbaycan memarları Mikayıl Ələsgər oğlu Hüseynovun və Sadıq Ələkbər oğlu Dadaşovun xatirələrinin əbədiləşdirilməsi məqsədilə qərara alıram:

1. Bakı şəhərində görkəmli memarlar Mikayıl Hüseynovun və Sadıq Dadaşovun vahid kompozisiya şəklində birgə abidəsi ucaldılsın.

2. Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Mikayıl Hüseynovun və Sadıq Dadaşovun birgə abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 oktyabr 2022-ci il

Oxşar xəbərlər

Putin Rusiya Təhlükəsizlik Şurası ilə Qarabağdakı vəziyyəti müzakirə edib

Sabina Uğur

Şəkinin “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunda insan skeletləri aşkarlanıb – FOTOLAR

Nigar Məmmədova

Şuşa Bəyannaməsinin imzalanmasından bir il keçir

Aynur Əfəndi Zadə

Şərh yazın