Dünya

İki qatar toqquşması faciəyə səbəb oldu

Ukraynaya gedən 300-dən çox sərnişin qatarının Pardubitse şəhərində yük qatarı ilə toqquşması nəticəsində böyük fəlakət baş verib.

İlkin məlumata görə, 4 nəfər ölüb, azı 26 nəfər yaralanıb.

Praqadan gələn əsas dəmir yolu dəhlizinin bir hissəsi olan Pardubicedə şəhərdən təxminən 60 km qərbdə iki qatar üz-üzə toqquşub.

Baş nazir Petr Fiala X sosial media platformasında başsağlığı verib və qəzanın “böyük fəlakət” olduğunu bildirib.

Qatar Ukraynanın qərbində, Slovakiya ilə sərhədə yaxın Çop şəhərinə gedirdi. Qəza ilə bağlı araşdırmalar davam edir.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Rusiya Kiyev vilayətində hərbi təlim obyektini raketlə vurdu: 10 nəfər ölüb, 100-ə yaxın yaralı var

Aynur Camal

Hörmüz boğazında humanitar böhran: Təxminən 6 min dənizçi gəmilərdə köməksiz qaldı

Aynur Camal

Dünyanın ən ucuz kirayəsi burada: İllik cəmi 0,88 avro, lakin 3 şərt var

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu