27 C
Baku
27 İyul 2024, 3:25
Dünya

İki sərnişin təyyarəsi apronda toqquşdu

“Japan Airlines” şirkətinə məxsus iki sərnişin təyyarəsinin Tokio Haneda hava limanında aprona girib-çıxarkən qanadları toqquşub.  Uçuşun ləğv edildiyi qəzada ölən və yaralananların olmadığı bildirilib.

Aviaşirkətdən verilən açıqlamada qeyd olunub ki, göyərtəsində 328 sərnişin və ekipaj üzvü olan 503 saylı reys Tokio Hanedada aprondan çıxarkən qanad hissəsindən aprona girmək üzrə olan boş təyyarə ilə toqquşub.

Yerli vaxtla saat 07.30 radələrində baş verən qəzada xəsarət alan olmasa da, Hokkaydo əyalətindəki Yeni Chitose hava limanına planlaşdırılan 503 saylı reysin ləğv edildiyi bildirilib.

Qəzada iştirak edən iki Airbus A350-900 tipli təyyarəyə maddi ziyan dəydiyi, hadisə ilə bağlı ətraflı araşdırma aparıldığı bildirilib.

Yaponiya yanvarın 2-də baş verən təyyarə qəzası ilə gündəmə gəlib və dünya ictimaiyyətini sarsıtdı.

Yeni Chitose hava limanından Haneda hava limanına gedən Japan Airlines-a məxsus 516 nömrəli Airbus A350 tipli təyyarə eniş zamanı Yaponiya Sahil Mühafizə Qüvvələrinə (JCG) məxsus MA-722 tipli təyyarə ilə toqquşub.

Zəlzələ bölgəsinə yardım materialları daşıyan JCG təyyarəsində olan 5 personalın qəzada həyatını itirdiyi açıqlanıb.

Yanvarın 16-da ictimaiyyətə məlum olub ki, “Cathay Pacific”ə məxsus sərnişin təyyarəsi New Chitose hava limanının uçuş-enmə zolağında “Korean Air” şirkətinə məxsus digər təyyarə ilə toqquşub.

Qəza nəticəsində xəsarət alan olmayıb.

Mənbə: Ntv.Tr

Aynur Camal

Oxşar xəbərlər

CinemaPlus-da “Barbenheimer” fenomenal ajiotaj yaratdı

Kəmalə Sultan

İsrail ordusu Qəzza zolağındakı döyüş bölgəsindən təxliyə planını təqdim etdi

Aynur Camal

Montana TikTok-u qadağan edən ilk ABŞ ştatı oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu