24 C
Baku
25 Sentyabr 2026, 21:08
Texnologiya

İki yeni iPhone 16 modeli gəlir

Bugun.tv xəbər verir ki, Apple-in iPhone SE və iPhone 16 seriyalarını birlikdə təqdim edəcəyi gözlənilir.

Bu birləşmə nəticəsində əlavə olaraq iPhone 16 SE və iPhone 16 SE Plus adlı daha iki model satışa çıxarılacaq. Sərfəli, lakin daha böyük ekranlı iPhone axtaran istehlakçılar iPhone 16 Plus SE-ni seçə bilərlər.

İPhone 16 modellərində diqqət çəkən məqam onun kamera dizaynıdır. O bu dəfə Samsung Galaxy S24 seriyasındakı kimi şaquli yerləşdiriləcək. Bundan əlavə, 8 GB RAM və Wi-Fi 6E bağlantılı olacaq.

Məlumata görə, o ən uzun batareya ömrünə malik iPhone modeli ola bilər.

Hazırda təxminn 29 saata tükənən iPhone 15 Pro Max batareyasının ömrü yeni modeldə 30 saatı keçəcək.

Aynur Camal

Oxşar xəbərlər

Süni intellekt xərçəngin müalicəsini tapa bilərmi? Alimlərdən ehtiyatlı yanaşma

Aynur Camal

ABŞ Səhiyyə Nazirliyi 5G və simsiz texnologiyaların sağlamlığa təsirini araşdırır

Aynur Camal

Snapchat yeniyetmələr üçün gündəlik istifadə limitləri tətbiq etməyə hazırlaşır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu