Sloveniyada 2 işçinin İkinci Dünya Müharibəsindən qaldığı güman edilən sursatların tikinti işləri zamanı partlaması nəticəsində ağır yaralandığı bildirilir.
Polisin verdiyi açıqlamada, bu səhər paytaxt Lyublyana yaxınlığındakı tikinti sahəsinin Rozna Doline ərazisində partlayış baş verib.
Açıqlamada partlayış nəticəsində 2 işçinin ağır yaralandığı vurğulanıb.
İşçilərin həyatlarının hələ də təhlükə altında olduğu qeyd edilən açıqlamada, “Yaralılar Lyublyana Universitet Xəstəxanasına aparılıb. Partlayışın səbəbi bəlli olmasa da, ilkin tapıntılara görə, İkinci Dünya Müharibəsindən qalma kiçik, partlamamış hərbi sursatların tikinti işləri zamanı partladığı görünür” ifadəsindən istifadə edilmişdir.
Bu arada polis hadisə yerində geniş təhlükəsizlik tədbirləri görüb və partlayışla bağlı araşdırma başlayıb.
Mənbə: TrtHaber